Bakı. 13 aprel. REPORT.AZ/ Bu il Çində VI Beynəlxalq Spirtli İçkilər Sərgisi keçiriləcək. “Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən bildirir ki, sözügedən sərgi sentyabrın 9-dan 12-dək Quyan şəhərində baş tutacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər. Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.