Bu il İraqda müxtəlif sahələr üzrə sərgilər keçiriləcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanlı sahibkarlar bu il müxtəlif sahələr üzrə İraqda keçiriləcək sərgilərə dəvət olunublar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, yanvarın 24-26-da İraqda istehsal olunan məhsullar sərgisi baş tutacaq. 

Fevralın 15-dən 20-dək “GTX-1” kompüter və rabitə sərgisi keçiriləcək.

Sentyabrın 12-14-ü tarixlərində isə qida sərgisi təşkil olunacaq.

Qeyd olunan tədbirlərdə iştirak etmək istəyən yerli iş adamları ətraflı məlumat almaq üçün “Azpromo”ya müraciət edə bilərlər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00