Bakıda yapon məhsullarının sərgisi keçiriləcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakı Biznes Mərkəzində oktyabrın 27-28-də yapon məhsullarının sərgisi keçiriləcək.

"Report"-un məlumatına görə, tədbirdə ziyarətçilər yapon mədəniyyəti ilə tanış olmaqla yanaşı, Yaponiyadan qida, kosmetika, sağlamlıq və bir çox digər məhsullarının təqdimatında iştirak edəcəklər.

Sərgidə yapon animesinə həsr olunmuş xüsusi stend olacaq.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00