​Bakıda Təhsil sərgisi keçiriləcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda Avstraliya, Kanada, ABŞ, Böyük Britaniya universitetlərinin Təhsil sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, sərgi sentyabrın 27-dən oktyabrın 9-na kimi IDP təşkilatının dəstəyi ilə baş tutacaq.

Sərgidə təxminən 50-yə yaxın nüfuzlu ali məktəb öz təhsil proqramları və imkanlarını təqdim edəcək.

Bundan əlavə, sərgiyə gələn qonaqlar IELTS proqramı üzrə imtahan verməklə öz ingilis dili biliklərini yoxlaya biləcəklər. 

Digər xəbərlər