-
Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi (“ADEX 2014”) sərgisi keçirilir. Report-un xəbərinə görə, sərginin açılış mərasimində çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov qonaqlara sərgi haqqında məlumat verib. Y.Camalov bildirib ki, Azərbaycanda müdafiə sənayesi sürətlə inkişaf edir və artıq milli ordunun əsas tələbatlarını ödəyə bilir. Nazir ADEX sərgisinin şirkətlərə əmakdaşlığın möhkəmləndirilməsinə imkan yaradıcağına ümidvar olduğunu bildirib.
- “ADEX 2014” sərgisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilir. Sərginin təşkilati tərəfdaşları “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.
- “ADEX 2014” sərgisində Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Belə ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənirlər. Sərginin platin sponsoru Niderland Krallığının “Damen Shipyards Group” gəmiqayırma şirkətidir.
- Ümumiyyətlə, sənaye müəssisələrinin əldə etdiyi ən yeni nailiyyətlərin nümayişi altı tematik istiqamət üzrə həyata keçiriləcək: quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları; aviasiya və aviasiya silahları; hava hücumundan müdafiə üzrə sistem və vasitələr; xüsusi təyinatlı vasitələr və əmlak; informasiya texnologiyaları, rabitə sistemləri/vasitələri; ordunun inzibati və texniki təminatı; kosmik texnologiyalar. Sərgi çərçivəsində sentyabrın 12-də “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusuna həsr edilmiş konfransda müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaq.
- Ümumilikdə isə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturları və şirkət nümayəndələrinin iştirakı gözlənilir.
- Sərgi sentyabrın 13-dək davam edəcək.
Azərbaycanda Beynəlxalq Müdafiə Sənayesi sərgisinin açılışı olub
Digər xəbərlər
Azərbaycan Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda təmsil olunub
16 oktyabr, 2026 / 16:26
Kəlbəcərin sağlamlıq turizmi beynəlxalq sammitdə təqdim olunub
16 oktyabr, 2026 / 14:48
Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub
16 oktyabr, 2026 / 13:18
Azərbaycan Albaniya ilə birgə turizm təşəbbüslərini müzakirə edib
16 oktyabr, 2026 / 10:43
Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq
15 oktyabr, 2026 / 12:33
Regional Turizm Şuralarının iclasları keçirilib
15 oktyabr, 2026 / 09:43
Azərbaycan HOTREC və Hotelstars İttifaqının Baş Assambleyalarına qatılıb
14 oktyabr, 2026 / 14:33
Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib
13 oktyabr, 2026 / 21:04
Azərbaycan turizmlə bağlı tədbirə ev sahibliyi edəcək
13 oktyabr, 2026 / 15:00
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
12 oktyabr, 2026 / 15:36
Qaxda turizm festivalı keçirilib
12 oktyabr, 2026 / 13:00
Azərbaycanın kulinariyası X Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
12 oktyabr, 2026 / 11:24
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
09 oktyabr, 2026 / 15:32
Azərbaycanın turizm imkanları Polşanın üç şəhərində təqdim olunub
09 oktyabr, 2026 / 12:17
Azərbaycanın ilboyu turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub
09 oktyabr, 2026 / 10:31
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu 9 ayda 120 mindən çox turist ziyarət edib
08 oktyabr, 2026 / 11:13
Sonya Krayçova: Bakı-Bratislava birbaşa reysləri turizm və biznes üçün yeni imkanlar açacaq
07 oktyabr, 2026 / 13:13
İvanovkada Turistik kənd konsepsiyasına uyğun olaraq infrastruktur yaradılır
07 oktyabr, 2026 / 12:33
Qobustandakı Diri Baba türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib
07 oktyabr, 2026 / 09:21
Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib
02 oktyabr, 2026 / 18:13