AzTA-nın "Baku Guide Service" üçün təşkil etdiyi bələdçi kursları başa çatıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyasının (AzTA) "Baku Guide Service" üçün təşkil etdiyi bələdçi kursları başa çatıb.

Assosiasiyadan "Report"a verilən məlumata görə, təlimlər bu il yanvarın 16-dan aprelin 1-dək davam edib.

İştirakçılar üçün həmçinin praktiki təlimlər təşkil olunub. Təlimlərdə 18 nəfər iştirak edib, onlardan 13-ü müvəffəqiyyətlə imtahan verərək xüsusi sertifikatlarla təltif olunublar. 

Digər xəbərlər