Azərbaycandan turist axını 3 %-ə yaxın azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının ümumi sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % azalaraq 1 milyon 947 min nəfər olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,6 %-i Türkiyəyə, 14,4 %-i Rusiyaya, 10,8 %-i Gürcüstana, 9,5 %-i İrana, 23,7 %-i digər ölkələrə səfər edib, 63,6 %-ini kişilər, 36,4 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Gürcüstana gedənlərin sayı 20,5 %, İrana gedənlərin sayı 6,8 % artıb, Rusiyaya gedənlərin sayı 31,8 %, Türkiyəyə gedənlərin sayı isə 2 % azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,9 %-i hava, 28,2 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Digər xəbərlər