Azərbaycandan turist axını 1 %-dən çox azalıb

Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azalaraq 151,9 min nəfər olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 35,8 %-i Türkiyəyə (1 il əvvələ nisbətən 2 % az), 15,8 %-i Rusiyaya (1,5 % çox), 12,3 %-i İrana (13,3 % çox), 9,8 5-i Gürcüstana (17,6 % az), 26,3 5-i isə digər ölkələrə (1,1 % az) gedib, 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib.

Vətəndaşların 69 %-i hava, 29,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bundan başqa, ötən ay Azərbaycana 158 ölkədən 181,8 min nəfər və yaxud illik müqayisədə 5,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 23,4 %-i Rusiya, 20,1 %-i Türkiyə, 8,5 %-i İran, 5 %-i Hindistan, 4,9 %-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3,7 %-i Pakistan, 3,1 %-i Qazaxıstan, 2,8 %-i Özbəkistan, 2,7 %-i İsrail, 2 %-i Küveyt, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Çin, hər birindən 1,3 % olmaqla Türkmənistan və Ukrayna, 13,3 %-i digər ölkələrin vətəndaşları olub, 71,1 %-i kişilər, 28,9 %-ni qadınlar təşkil edib.

Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 % artaraq 7,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 % artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 % artaraq 58,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,8 % artaraq 81,4 min nəfər olub.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 %-i hava, 26,3 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Digər xəbərlər