Bu ilin I rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 29 337 nəfər təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.
Sənədə əsasən, ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18 023 nəfər və yaxud 2,6 dəfə artıb.
Hesabat dövründə qonşu ölkə Azərbaycandan ən çox ziyarətçini (14 554 nəfər) mart ayında qəbul edib.
Yanvar-martda Gürcüstana ümumilikdə 576 503 nəfər beynəlxalq ziyarətçi yollanıb ki, bu da illik müqayisədə 4,2 dəfə çoxdur.