Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək

Belarus Səhiyyə Nazirliyi Azərbaycanı sakinləri Belarusa gəldikdən sonra karantindən keçməli olan dövlətlərin siyahısından çıxarıb.

“Report” BELNAVINY-yə istinadən xəbər verir ki, karantindən “azad olunanlar” sırasında həmçinin Tanzaniya, Şri-Lanka, Monqolustan və Fici də yer alıb.

Buna qədər adıçəkilən ölkələrin vətəndaşları Belarusa gəldikdən sonra iki həftə özlərini təcrid etmək məcburiyyətində qalırdı. Avqustun 4-dən əvvəl ölkəyə daxil olan şəxslər artıq karantini poza bilər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00