​Azərbaycanda beynəlxalq şirniyyat festivalı keçiriləcək

Bakı. 14 mart. REPORT.AZ/ Şəki şəhərində III Beynəlxalq Şəki Şirniyyat Festivalı keçiriləcək. “Report” Azpromo-ya istinadən xəbər verir ki, festival iyulun 20-də baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər. 

Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00