Bakı. 14 mart. REPORT.AZ/ Özbəkistanda Azərbaycanın müalicə mərkəzlərinin təqdimatı keçiriləcək.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, təqdimat martın 23-də baş tutacaq.
Əsas məqsəd Azərbaycanın turizm potensialını təbliğ etməkdir. Tədbir çərçivəsində Bakı şəhərinin, Naftalan Sağlamlıq Mərkəzinin, həmçinin Naxçıvandakı Duzdağın təqdimatları baş tutacaq.
Aprelin 5-də isə Özbəkistan turizm şirkətlərini Naftalan və Naxçıvan potensialı ilə tanış etmək üçün infotur olacaq.