Azərbaycan Turizm Assosiasiyasının yeni komitəsi təsis edilib

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasyasının (AZTA) yeni komitəsı təsis edilib. 

Bu barədə "Report"a  Assosiasiyanın İdayə Heyətinin (İH) üzvü Göydəniz Qəhrəmanov məlumat verib.

Onun sözlərinə görə, İH-nin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə komitə yaradılıb: "Yeni komitənin artıq ilk iclası keçirilib. İclasda əsasən inzibatı məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş üzrə komitənin rəhbəri Samirə Quliyeva seçilib”.

Qeyd edək ki, AZTA-nın  gəlmə turizm üzrə, getmə turizm üzrə, nəqliyyat məsələli üzrə, otellərlə iş üzrə və bələdçilərlə iş üzrə olmaqla artıq 5 komitəsi fəaliyyət göstərir.

Digər xəbərlər