Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Turizm Assosiasiyasının (AZTA) Gəlmə turizm komitəsinin növbəti iclası keçirilib.
Assosiasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda komitə üzvlərinin səsverməsi nəticəsində Gəlmə turizm komitəsinin yeni rəhbəri Nəsib Usubov seçilib.
O, bu vəzifəni AZTA-nın daxili prosedurlarına uyğun olaraq 1 il icra edəcək. İndiyə qədər həmin komitəyə Murad Kərəmov rəhbərlik edib.