Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyanın Moskva şəhərində “Aqro Mərkəzlər: infrastruktur, emal, satış” adlı beynəlxalq forum keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, forum bu il iyunun 27-28-i tarixlərində baş tutacaq.
Eyni zamanda Yekaterinburq şəhərində “Yekaterinburq Ekspo” beynəlxalq sənaye ticarət yarmarkası olacaq. Ticarət yarmarkası bu il iyulun 10-dan 13-dək davam edəcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar forum və yarmarkada iştiraka dəvət olunublar.
Tədbirlərdə iştirak etməkdə maraqlı olan yerli iş adamlarıətraflı məlumat almaq üçün “Azpromo”ya müraciət edə bilərlər.