Azərbaycan sahibkarları Almaniyaya dəvət olunur

Bakı. 7 fevral. REPORT.AZ/ Almaniyanın Leypsiq şəhərində “Ətraf mühit və enerji texnologiyaları” üzrə XX beynəlxalq tərəfdaşlıq forumu baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, forum aprelin 5-dən 7-dək davam edəcək.

Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən iş adamları forumda iştiraka dəvət olunublar.

Tədbirdə iştirak etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00