Azərbaycan İranda keçiriləcək turizm sərgisində iştirak edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan İranın paytaxtı Tehranda keçiriləcək 9-cu Beynəlxalq Turizm Sərgisində iştirak edəcək.

"Report" ETN-ə istinadən xəbər verir ki, sərgi fevralın 16-19-da baş tutacaq.

Sərgidə Azərbaycan da daxil olmaqla ümumilikdə 16 ölkənin, o cümlədən Türkiyə, İspaniya, Vyetnam, Fransa və başqaları iştirak edəcək.

Sərgidə ümumilikdə 414 turizm şirkəti təmsil olunacaq.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00