AZAL mövsümlə əlaqədar kampaniya keçirir

Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) mövsümlə əlaqədar kampaniya keçirir. Bu barədə "Report"a AZAl-dan bildirilib. 

Kampaniyanın şərltərində görə, aviaşirkətin reyslərində bir dəst xizək və ya snoubordun daşınmasına görə əlavə ödəniş tutulmayacaq. Sərnişinlər şəxsi xizəklərini ödənişsiz olaraq səyahətə apara bilərlər.

Qeyd edək ki, dəstin maksimal çəkisi xidmət sinifinə uyğun olaraq hesablanacaq (ekonom 23 kg, biznes 32 kg).

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00