Almaniya altı ölkə ilə sərhəd nəzarətini ləğv edir

Almaniya iyunun 15-dən etibarən qonşu dövlətlərlə sərbəst gediş-gəlişi bərpa edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Daxili İşlər naziri Horst Zeehofer bildirib.

Onun sözlərinə görə, qonşu dövlətlər - Avstriya, İsveçrə, Fransa, İtaliya və Danimarka ilə əlaqə iyunun 15-dən tam bərpa olunacaq, başqa sözlə, sərhəd nəzarəti ləğv ediləcək. İspaniya ilə əlaqələr isə iyunun 21-dən bərpa ediləcək.

Nazir qeyd edib ki, bununla Aİ daxilində koronavirus pandemiyası səbəbi ilə məhdudlaşan hərəkət azadlığı bərpa ediləcək, ancaq vəziyyət yenidən pisləşərsə, nə edəcəyimizlə bağlı razılığımız var.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00