"Hotels Qrup" MMC nizamnamə kapitalını 10,004 milyon manat (74,1 %) artırılaraq 23,509 milyon manata çatdırıldığını elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Hotels Qrup" 2005-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Nigar Akif qızı Əliyevadır.
Şirkət Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportunda qeydiyyatdan keçib.