Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib.
“Report”un xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat həcmində müavinət müəyyən edilib.