Dünya əhalisinin yarıdan çoxu - 50,4 faizi hər hansı formada sosial müdafiə ilə əhatə olunub.
"Report" xəbər verir ki, bunu Ümumi Sosial Müdafiə Departamentinin direktoru Şahra Razavi (İran) Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, qlobal iqlim dəyişimləri də sosial müdafiənin roluna təsir göstərir:
"Məsələn, ekstremal hava hadisələri və temperaturun artması sosial müdafiəyə təsirsiz ötüşmür. Bu gün ilk dəfə olaraq dünya əhalisinin yarıdan çoxu, yəni 50,4 faizi hər hansı formada sosial müdafiə ilə əhatə olunub".
Ş.Razavi qeyd edib ki, bu, 2020-ci ildə qeydə alınan cəmi 2,8 faiz göstəricisi ilə müqayisədə əhəmiyyətli irəliləyişdir:
"Bununla belə, hələ də təəccüblü dərəcədə çox sayda insan xəstəlik, yoxsulluq, işsizlik və ya qocalıqda sosial müdafiənin olmaması kimi ümumi risklərə qarşı müdafiəsiz qalır.”