Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqust ayının 27-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Digər xəbərlər