Nazir Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov noyabrın 14-də Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinləri iştirak edəcəklər. 

Tədbir Qəbələ Mədəniyyət Mərkəzində keçiriləcək.

Digər xəbərlər