Ötən il Dövlət Miqrasiya Xidmətinə 194 şikayət daxil olub

Bakı. 11 yanvar. REPORT.AZ/ "2018-ci ildə Dövlət Miqrasiya Xidmətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin 194-ü şikayət xarakterli olub".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xidmət rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, vətəndaşların müraciətlərinin 9-u təklif, 14 151 ərizə olub.

V.Hüseynov qeyd edib ki, müraciətlərin 48 faizi təmin edilib: "Müraciətlərin 13.8 faizi təmin olunmayıb, 8.3 faizi isə icradadır".

Digər xəbərlər