Dövlət Məşğulluq Agentliyinin xidmətlərindən imtina edən şəhid ailəsi üzvü və veteranların sayı açıqlanıb

Dövlət Məşğulluq Agentliyinin xidmətlərinə cəlb olunmaqdan imtina edən şəhid ailəsi üzvü, müharibə veteranları və müharibə iştirakçılarının sayı 5 431 nəfərdir.

“Report”un xəbərinə görə, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Onlardan 3 957-si bu və ya digər məşğulluq xidmətlərinə cəlb olunmaqdan imtina edib. 1 393 nəfər isə işi və qazancı olduğu üçün xidmətlərə cəlb oluna bilməyib", - M.Abbasbayəli bildirib.

Digər xəbərlər