Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edəcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edəcək. 

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, qəbul sentyabrın 8-i saat 11.00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhərlərindən olan sakinlər iştirak edə bilər. 

Digər xəbərlər