“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 noyabr qeyri-iş günü olacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Noyabrın 10-dan etibarən vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Digər xəbərlər