​Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin qəbul vaxtı dəyişdirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın yanvarın 23-də Göygöl rayonunda keçirilməsi planlaşdırılan qəbulunun vaxtı dəyişdirilib. Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, qəbul yanvarın 26-da saat 12:00-da Göygöl rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində keçiriləcək.

Digər xəbərlər