“Zəyəm Texnologiyalar Parkı”nın zərəri 2 dəfə artıb

“Zəyəm Texnologiyalar Parkı” ASC 2021-ci ili 5,793 milyon manat zərələ başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

Son nəticədə şirkətin yığılmış zərəri 3,1 dəfə artaraq 8,514 milyon manata çatıb.

Bu il yanvarın 1-nə “Zəyəm Texnologiyalar Parkı”nın aktivləri 16,993 milyon manat olub ki, bu da illik müqayisədə 17,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4 dəfə azalaraq 7,202 milyon manata düşüb, balans kapitalı isə 4,1 dəfə artaraq 9,792 milyon manata, o cümlədən nizamnamə kapitalı 60 dəfə artaraq 18,305 milyon manata çatıb.

Xatırladaq ki, ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib.

Digər xəbərlər