Zəngilan, Cəbrayıl və Qubadlıda istehsalat sahələri yaradılacaq

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində istehsalat sahələri yaradılacaq.

“Report” bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkıdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26