Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi ilk dəfə olaraq milli yüksək sürətli qatarların istehsalı layihəsini hökumətə təqdim edib.
"Report" Timeturk.com-a istinadən xəbər verir ki, layihə son elmi və texniki nailiyyətlərə uyğun hazırlanıb.
Yeni qatarlar müasir klimat-kontrol sistemləri, rahat oturacaqlar və restoranlarla təchiz ediləcək. Qatarların vaqonları korroziyaya davamlı poladdan hazırlanacaq. Onların sürəti saatda 200 km təşkil edəcək.
2023-cü ilədək dövlət yüksəksürətli dəmir yol şəbəkəsinin yaradılması planlaşdırılır. Bu şəbəkədə olacaq qatarların təqribən 85%-i yerli istehsala aid olacaq.