Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiya 2014-cü ilin dekabr ayı ərzində dəmir yolu nəqliyyatı vasitəsilə 788,578 min ton buğda ixrac edib.
"Report" xəbər verir ki, bu həcmin təqribən 127 min tonunu (16,5%) Azərbaycan idxal edib.
Noyabrda bu göstərici 14,8% təşkil edib.
Rusiya dekabrda dəmir yolu vasitəsilə ümumilikdə 16 ölkəyə (noyabrda 20) buğda tədarük edib.