2023-cü ilin yanvar ayı ərzində ölkədə 204,3 min ton sement istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin ilk ayına nisbətən 6,9 % azdır.
2023-cü ilin yanvar ayı ərzində ərzində Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dәyәri 60,7 milyon manat olmaqla, 2022-ci ilin yanvar ayı ilə müqayisәdә 20,7 % artıb.
Bundan başqa, 2,8 min ton təbii asfalt istehsal edilib ki, bu da illik müqayisədə 37,8 % azdır.
Bu ilin yanvar ayında tikinti kərpicinin istehsalı 23,5 % azalaraq 41,3 min kubmetr, tikinti gipsinin istehsalı 2,8 dəfə artaraq 3,7 min ton, əhəngin istehsalı 62,1 % artaraq 4,7 min ton, sementdən, süni daşdan və yaxud betondan tikinti blokları və kərpiclərinin istehsalı 67,2 % azalaraq 4,4 min ton olub.
Bu ilin yanvar ayında ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 70,1 % azalaraq 2 min kubmetr, beton istehsalı 45,1 % azalaraq 35 milyon 277,8 min ton, sement klinkerlərinin istehsalı isə 38,8 % artaraq 352 min ton, tikinti şüşəsinin istehsalı isə 89,9 % azalaraq 73,2 min kvadrat metr təşkil edib.