Bu ilin noyabr ayında Azərbaycan 18,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin dekabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni ayı ilə müqayisədə 5,9 milyon ABŞ dolları və ya 24,08 % azdır.
Bu ilin yanvar-noyabr aylarında isə Azərbaycan 184,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu da ötən ilin eyni ayları ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 0,54 % çoxdur.