"Bakı Elektroştamp" ASC 2021-ci ili 196 min manat zərərlə başa vurub.
"Report" bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə "Bakı Elektroştamp"ın aktivləri 2,07 milyon manat olub ki, bu da illik müqayisədə 7% azdır. Hesabat dövründə şirkətin 41 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 8,8% azalaraq 2,03 milyon manata düşüb.
Xatırladaq ki, "Bakı Elektroştamp"ın nizamnamə kapitalı 900 min manatdır.