"AzerGold"un ixrac gəlirləri iki ayda 42 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında "AzerGold" QSC 30,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart buraxılışına istinadən xəbər verir.

Bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 9,1 milyon ABŞ dolları və ya 41,7 % çoxdur.

Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26