Bu ilin yanvar-fevral aylarında “AzerGold” QSC 21,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart buraxılışına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon ABŞ dolları və ya 5,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.