Bu ilin yanvar-iyun aylarında “AzerGold” QSC 100,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul buraxılışına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54,5 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.