“AzerGold” ixrac gəlirlərini 41 % artırıb

2024-cü ildə “AzerGold” QSC 175,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar buraxılışında bildirilir.

İcmala görə, bu, 2023-cü illə müqayisədə 51,2 milyon ABŞ dolları və yaxud təxminən 41,1 % çoxdur.

Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri əvvəlki ilə nisbətən 0,3 % artaraq 3,4 milyard ABŞ dolları, o cümlədən yeyinti məhsulları ixracının dəyəri 11,3 % artaraq 1 milyard ABŞ dolları olub.

AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Digər xəbərlər