Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 29,1 ton yod istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % azdır.
Bu il martın 1-nə ölkədə 17,7 ton hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 199 ton yod istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 4,5 % azdır.