Ötən il Azərbaycanda 1 milyon 396,6 min ton tikinti qumu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 13 % azdır.
Təkcə dekabrda isə ölkədə 218 min ton tikinti qumu istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3,8 % çoxdur.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 9,8 min ton hazır məhsul ehtiyatı olub.