Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 178,7 min ton tikinti qumu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,9 % çoxdur.
Təkcə noyabrda isə ölkədə 105,2 ton tikinti qumu istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 1 % çoxdur.
Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 8,1 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 1 milyon 131,2 min ton tikinti qumu istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 6,6 % azdır.