Azərbaycanda tikinti materiallarının istehsalı 20 %-dən çox artıb

Bu ili yanvar-aprel aylarında Azərbaycanda 300,9 milyon manat dəyərində tikinti materialı istehsal edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.

Son 1 ildə ölkədə tikinti gipsinin istehsalı 2,3 dəfə, əhəng istehsalı 89,6 %, tikinti şüşəsinin istehsalı 32,4 %, beton istehsalı isə 19 % artıb.

Digər xəbərlər