Azərbaycanda tikinti materiallarının istehsalı 19 %-ə yaxın artıb

Bu ili yanvar-may aylarında Azərbaycanda 402,2 milyon manat dəyərində tikinti materialı istehsal edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.

Hesabat dövründə ölkədə 1 milyon 413,9 min ton sement istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur.

Bundan başqa, ilin ilk beş ayında 24,9 min ton təbii asfalt istehsal edilib ki, bu da illik müqayisədə 22,9 % azdır.

Tikinti kərpiclərinin istehsalı il ərzində 18,5 % azalaraq 228,2 min kubmetr, tikinti gipsinin istehsalı 2,2 dəfə artaraq 28,2 min ton, tikinti əhənginin istehsalı 56,2 % artaraq 25,3 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların istehsalı 70,3 % azalaraq 18,6 min ton olub.

Beş ayda ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 37,6 % azalaraq 11,1 min kubmetr təşkil edib. Bu müddət ərzində tikinti şüşəsi istehsalı 3 milyon 923,7 min kvadratmetr olub ki, bu da illik müqayisədə 29,7 % çoxdur.

Digər xəbərlər