Azərbaycanda tikinti materiallarının istehsal dәyәri 26 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dәyәri 216,2 milyon manat olmaqla, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 % artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkədə 705 min ton sement istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

Bundan başqa, ilin ilk üç ayında 15,4 min ton təbii asfalt istehsal edilib ki, bu da illik müqayisədə 15,8 % çoxdur. Bu dövrdə ölkədə 657 min ton sement istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 1,1 % çoxdur.

Tikinti kərpiclərinin istehsalı il ərzində 29,9 % azalaraq 131,9 min kubmetr, tikinti gipsinin istehsalı 2,5 dəfə artaraq 15,5 min ton, tikinti əhənginin istehsalı 2,2 dəfə artaraq 14,8 min ton, sementdən, süni daşdan və yaxud betondan tikinti blokları və kərpiclərinin istehsalı 64,7 % azalaraq 10,8 min ton olub.

I rübdə ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 39,2 % azalaraq 5,9 min kubmetr təşkil edib. Bu müddət ərzində tikinti şüşəsi istehsalı 2 milyon 144,5 min kvadratmetr olub ki, bu da illik müqayisədə 26,3 % çoxdur.

Digər xəbərlər