Azərbaycanda tikinti gipsinin istehsalı oktyabrda 45 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 81,3 min ton tikinti gipsi istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur.

Təkcə oktyabrda isə ölkədə 11 min ton tikinti gipsi istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 45 % çoxdur.

Bu ilin noyabrın 1-nə Azərbaycanda 1,8 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 85 min ton tikinti gipsi istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 98,1 % çoxdur.

Digər xəbərlər