Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 90,2 min ton tikinti gipsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 % çoxdur.
Təkcə noyabrda isə ölkədə 8,9 min ton tikinti gipsi istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur.
Ötən ilin dekabrın 1-nə Azərbaycanda 1,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 85 min ton tikinti gipsi istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 98,1 % çoxdur.