Azərbaycanda şüşə istehsalı martda cüzi azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 milyon 366 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 % azdır.

Təkcə martda isə ölkədə 833 min kvadratmetr tikinti şüşəsi istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 0,5 % azdır.

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 493 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 10 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 14,3 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26