Azərbaycanda şərab istehsalı 50 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 18 milyon 796,2 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Azərbaycanda araq istehsalı 572,9 min dekalitr (1 il əvvələ nisbətən 22,3 % az), viski-konyak istehsalı 13,8 min dekalitr (24,3 % çox), üzüm şərabı istehsalı 346,2 min dekalitr (50,5 % çox), pivə istehsalı 2 milyon 100,9 min dekalitr (18,4 % az), spirtsiz içki istehsalı isə 15 milyon 762,4 min dekalitr (7,5 % çox) təşkil edib.

Bu il iyulun 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 381,3 min dekalitr, spirtsiz içki ehtiyatı isə 124,6 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 13 % və 7,4 dəfə azdır.

Digər xəbərlər